“NATO sammitinin əsas mövzusu müdafiə xərclərinin yenidən bölüşdürülməsi olacaq” - Stubb

2025/05/1747890597.jpg
Oxunub: 330     15:36     24 Aprel 2026    
“Ankarada keçiriləcək NATO sammitinin əsas məsələsi ABŞ və avropalı müttəfiqlər arasında müdafiə xərclərinin yenidən bölüşdürülməsi olacaq”.

Ordu.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb bildirib.

Onun sözlərinə görə, xərclərin hazırkı nisbəti təxminən ABŞ-nin xeyrinə 60-40 səviyyəsindədir, lakin alyans daha bərabər bölgüyə, hətta 50-50 nisbətinə, yaxud Avropanın daha böyük paya sahib olmasına doğru irəliləyir.

Stubb qeyd edib ki, alyans ölkələrinin hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırması “daha Avropamərkəzli NATO”nun yaradılmasına doğru addım ola bilər.

O, həmçinin ABŞ və Avropa arasında mövcud fikir ayrılıqlarına diqqət çəkib və Avropa ölkələri üçün təhlükəsizlik məsələlərində daha böyük muxtariyyətin vacibliyini vurğulayıb.

Bundan əvvəl “The Daily Telegraph” yazmışdı ki, ABŞ müttəfiqlərə təzyiq göstərmək üçün onların müdafiə xərclərini artırmasını sürətləndirməyə yönəlmiş vasitələri, o cümlədən alyans mexanizmlərində iştiraklarının mümkün məhdudlaşdırılmasını müzakirə edir.

Müdafiə üçün ÜDM-in 5 faizi hədəfi 2035-ci ilə qədər Haaqada keçirilmiş NATO sammitində razılaşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stubb   NATO  


Bizi "telegram"da izləyin