Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Bloomberg”in məlumatına görə, məqalədə ABŞ-nin miqrasiya siyasəti ilə bağlı televiziya şousunda səsləndirilən fikirlərə istinad edilib. Həmin fikirlərdə Hindistan və Çindən olan miqrantların doğum hüququ əsasında vətəndaşlıqdan faydalandığı iddia olunub, həmçinin ABŞ texnologiya şirkətlərində çalışan hindlilərə qarşı ittihamlar irəli sürülüb.
Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Randhir Caysval bu cür bəyanatları “qərəzli, yersiz və həssaslıqdan uzaq” adlandıraraq vurğulayıb ki, bunlar Hindistan-ABŞ münasibətlərinin real mahiyyətini əks etdirmir.
Məqalədə qeyd olunub ki, hadisə iki ölkənin münasibətləri sabitləşdirmək cəhdləri, o cümlədən ticarət sazişi üzrə danışıqlar və ABŞ dövlət katibi Marko Rubionun Hindistana səfərinə hazırlıq fonunda baş verib.
Həmçinin vurğulanıb ki, son illərdə Vaşinqton və Yeni Dehli arasında ticarət və siyasi fikir ayrılıqları viza məhdudiyyətləri və miqrasiya siyasəti ətrafındakı mübahisələr səbəbindən dərinləşib.
Sevinc Əliyeva
Ordu.az