Küveyt İraq tərəfindən sərhəd məntəqələrinə PUA-lar ilə zərbə endirildiyini açıqlayıb

2026/03/1774807623.jpg
Oxunub: 557     15:08     24 Aprel 2026    
Küveyt Silahlı Qüvvələri bildirib ki, İraqdan gələn iki pilotsuz uçuş aparatı ölkənin şimalında yerləşən sərhəd məntəqələrinə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hərbçilərin açıqlamasında deyilir ki, partlayıcı maddələrlə silahlandırılmış və optik lifli kabellərlə idarə olunan pilotsuz uçuş aparatları obyektlərə maddi ziyan vurub, lakin ölən və yaralanan olmayıb.

Küveyt Silahlı Qüvvələri hadisəni “təcavüz aktı” adlandırıb və zərbənin iki sərhəd məntəqəsini hədəf aldığını bildirib.

Açıqlamada həmçinin qeyd olunub ki, ölkə daha əvvəl də İraqdan pilotsuz uçuş aparatları və raket hücumlarına məruz qalıb. Bu hücumların İranın dəstəklədiyi silahlı qruplaşmalar tərəfindən həyata keçirildiyi bildirilir.

Rəsmilərin məlumatına görə, zərbələr infrastruktur obyektlərinə, o cümlədən enerji obyektləri və aviabazalara endirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   İraq   PUA  


Bizi "telegram"da izləyin