Ordu.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan özünün “Facebook” səhifəsində yazıb.
“Bildirirəm ki, belə telefon danışığı baş tutmayıb. Ermənistan baş naziri Nikol Paşinyanla ABŞ prezidenti Donald Tramp arasında bu məzmunda heç bir müzakirə olmayıb. Yayılan məlumat saxtadır və həqiqətə uyğun deyil.
Qeyd olunan iddia xarici informasiya manipulyasiyası və müdaxiləsinin (FIMI) xarakterik əlamətlərini daşıyır. Xüsusilə onun yayılma metodologiyasını, “X” platformasında bir sıra hesablar tərəfindən eyni məzmunlu və ya əlaqəli ifadələrlə gücləndirilmiş şəkildə yayılmasını, yoxlanılmamış mənbəyə əsaslanan iddianın dövriyyəyə buraxılmasını nəzərə alaraq bunu sistemli informasiya manipulyasiyası cəhdi kimi qiymətləndiririk.
Kütləvi informasiya vasitələrini, ictimai fiqurları və sosial şəbəkə istifadəçilərini xüsusilə həmin məlumatlar Ermənistanın milli təhlükəsizliyinə, xarici siyasətinə və regional sabitliyə aid olduqda yoxlanılmamış məlumatların yayılmasından çəkinməyə çağırırıq”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az