Ordu.az "Kazinform"a istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev Senatda keçirilən parlament dinləmələrində bildirib.
Onun sözlərinə görə, xarici terminal infrastrukturunun formalaşdırılması Qazaxıstanın nəqliyyat siyasətinin əsas istiqamətlərindən biridir.
2028-ci ilə qədər yeni terminalların buraxılış qabiliyyətinin ildə 2 milyondan 2,7 milyon konteynerə qədər artırılması planlaşdırılır. Nazir qeyd edib ki, terminal şəbəkəsinin inkişafı Şərq - Qərb istiqamətində tam logistik bağlantını təmin edəcək və Qazaxıstanın tranzit potensialını gücləndirəcək.
Həmçinin bildirilib ki, respublika beynəlxalq marşrutlarda vahid logistik operatorların yaradılması üzərində işləyir.
Ordu.az