Ordu.az xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.
Rəsmilərin məlumatına görə, yanğının tam söndürülməsi üzrə işlər davam edir və bu işlərə 276 nəfər, 77 texnika cəlb olunub.
Neft terminalı aprelin 20-nə keçən gecə pilotsuz uçuş aparatlarının zərbəsindən sonra yanmağa başlayıb. Yanğın nəticəsində şəhərdə havanın keyfiyyəti pisləşib, yerli sakinlər isə “neft çöküntüləri”nin yağdığını bildiriblər.
Yalnız bir neçə gün sonra operativ qərargah təsdiqləyib ki, yanma məhsulları havaya qarışıb və sonradan yağışla birlikdə yerə düşərək qara örtük yaradıb.
Ayrı-ayrı rayonların sakinlərinə küçəyə daha az çıxmaq və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.
Bundan əvvəl, apreldə liman artıq PUA hücumuna məruz qalmışdı. Aprelin 16-da baş verən zərbədən sonra terminaldakı yanğın yalnız aprelin 20-də tam söndürülə bilmişdi.
Həmin vaxt neft məhsullarının bir hissəsi dənizə və çaya axmış, onların toplanması üçün maneə qurğuları yerləşdirilmişdi.
Sevinc Əliyeva
Ordu.az