“Biz sülh müqaviləsinin imzalanmasına getməliyik, başqa variant görmürəm” - Sasun Mikaelyan

2025/05/1747387291.jpg
Oxunub: 324     13:07     24 Aprel 2026    
“Bu gün biz mövcud vəziyyətdən çıxış edərək delimitasiyaya və sülh müqaviləsinin imzalanmasına getməliyik, mən başqa variant görmürəm”.

Ordu.az xəbər verir ki, bu barədə “Yerkrapah” hərbi təşkilatının sədri, “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü Sasun Mikaelyan aprelin 24-də jurnalistlərlə söhbətində bildirib.

Paşinyan və parlament sədri Simonyanın ötən gün Türkiyə bayrağının yandırılması aksiyasını pisləməsinə toxunan Mikaelyan deyib: “Mən bugünkü vəziyyətdən başa düşürəm ki, bu sadəcə aksiya idi, bəzi insanların istəyi ilə sülh müqaviləsinin imzalanmaması və bizim delimitasiya ilə bağlı məsələlərə görə edildi.

Bu, onların partiyasının problemidir (“Daşnaksütun”u nəzərdə tutur - red.), mən nə tənqid edirəm, nə də pisləyirəm. Amma bugünkü vəziyyətdə bir az ağıllı olmalıyıq, indi biz prosesin içindəyik və onu sona çatdırmalıyıq, davamını zaman göstərəcək. Bugünkü vəziyyətdə bizim xalqımız birləşmiş və ağıllı olmalıdır ki, bu vəziyyətdən çıxa bilək”.

Xatırladaq ki, Nikol Paşinyan “Daşnaksütun”un təşkil etdiyi məşəl yürüşü iştirakçılarının Türkiyə bayrağını yandırmasını açıq şəkildə təxribatçı və gərginlik yaradan davranış kimi qiymətləndirmişdi.

Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan bildirmişdi ki, beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə qonşu ölkənin bayrağının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mikaelyan   Ermənistan  


Bizi "telegram"da izləyin