Füzulidəki bərpa işləri ilə bağlı təqdimat olub

2026/04/Ekran-1777019543.jpg
Oxunub: 291     12:17     24 Aprel 2026    
Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində aparılan bərpa işləri ilə bağlı təqdimat keçirilib.

Ordu.az xəbər verir ki, təqdimat Füzuli Beynəlxalq Hava Limanında baş tutub.

Təqdimatda iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, LUKOIL neft şirkətinin qurucusu Vahid Ələkbərov və "LUKOIL Azərbaycan" QSC-nin baş direktoru Rasim Əmrəliyev iştirak ediblər.

Təqdimatı E.Hüseynov edib.

Daha sonra Füzuli şəhərinin işğal dövründə dağıdılmış vəziyyəti, şəhərin baş planı, inşa olunan yaşayış kompleksləri və mərkəzi park layihəsi barədə də məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Füzuli   Bərpa  


Bizi "telegram"da izləyin