Maka Boçorişvili: "Gürcüstanın Avropaya inteqrasiya kursu tarixi seçimdir"

2025/01/afe5d-1737035701.jpg
Oxunub: 343     10:38     24 Aprel 2026    
Gürcüstanın Avropaya inteqrasiya kursu dəyişməzdir və bu, tarixi seçimdir.

Ordu.az-ın məlumatına görə, bunu adıçəkilən ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Delfi İqtisadi Forumu çərçivəsində keçirilən "Genişlənmə yolu ilə qorunma: Üzvlüyün yeni sütunu kimi təhlükəsizlik" adlı sessiyadakı çıxışında deyib.

M.Boçorişvili çıxışında Gürcüstanın Avropaya inteqrasiya kursunun dəyişməz olduğunu bildirib: "Bu yol bizim kimliyimizin bir hissəsidir və tarixi seçimdir".

Nazir əlavə edib ki, Avropa İttifaqının (Aİ) genişlənməsi yalnız bürokratik proses kimi deyil, daha geniş geosiyasi kontekstdə dəyərləndirilməlidir və bu proses ümumi təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir.

O, həmçinin Gürcüstanın üzləşdiyi təhlükəsizlik çağırışlarına, o cümlədən işğal faktına diqqət çəkərək bildirib ki, çətin geosiyasi şəraitə baxmayaraq, ölkə sabitliyi qoruyub saxlaya və inkişafını davam etdirə bilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boçorişvili  


Bizi "telegram"da izləyin