Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin binasının qarşısında keçirilən etiraz aksiyası zamanı “Hayastan” fraksiyasının deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyan bəyan edib.
Aksiya iştirakçıları həqiqət, ədalət və hesabatın ictimailəşdirilməsini tələb edirlər. Tədbir müzakirə formatında təşkil olunub, onun təşəbbüskarı deputat Taquhi Tovmasyandır. Müzakirənin Ermənistan parlamentinin binasında keçirilməsi nəzərdə tutulurdu, lakin “uydurma texniki səbəblər” üzündən bu baş tutmayıb və nəticədə aksiya küçəyə, birbaşa hərəkət zolağına keçirilib.
Keçmiş erməni nazir vurğulayıb ki, hakimiyyət 44 günlük müharibənin şəraitini araşdırmağa, nəticələr çıxarmağa və materialların bir hissəsinin məxfiliyini nəzərə alaraq mümkün olan hər şeyi ictimaiyyətə təqdim etməyə borcludur.
Erməni deputat xatırladıb ki, hesabat müddətlərin pozulması “əsaslandırması” ilə dərc olunmasa da, həmin müddətləri məhz parlament bir neçə dəfə uzadıb. “Parlament rəhbərliyinin bizə və sizə, itkin düşənlərin və ölənlərin yaxınlarına verdiyi cavab onların münasibətindən xəbər verir”, - deyə Ohanyan qeyd edib.
Keçmiş erməni nazir xatırladıb ki, müxalifət əvvəldən komissiyanın işinin obyektivliyini şübhə altına alıb, bunu onun tərkibi və üzvlərinin azlığı ilə əsaslandırıb. “Vətəndaş Müqaviləsi” partiyasından olan 8 üzvdən ibarət komissiya öz vəzifələri ilə yanaşı belə böyük hadisəni araşdıra, hərtərəfli təhqiqat apara və qiymət verə bilməzdi”, - deyə Ohanyan vurğulayıb.
Ohanyan qeyd edib ki, müxalifət bu işlərdə iştirak etməyib ki, əvvəldən obyektiv və tam ola bilməyəcək fəaliyyəti legitimləşdirməsin.
Onun sözlərinə görə, hesabat dərc olunmur, çünki seçkiqabağı dövrdə bu, hakimiyyətə sərf etmir və çoxsaylı arzuolunmaz suallar yarada bilər.
Alpər Mövludoğlu
Ordu.az