Ermənistan müdafiə nazirinin müavininə sual: “KTMT ilə bağlı yekun qərar varmı?”

2026/04/1777013025.jpg
Oxunub: 352     10:30     24 Aprel 2026    
Ermənistanın müdafiə nazirinin müavini Hraçya Sarkisyan bu gün “memorial kompleks”də sualları cavablandırmaq istəməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“News.am”ın müxbiri xüsusilə Ermənistan-Rusiya münasibətləri, KTMT-də üzvlüyün dayandırılması ehtimalı barədə sual verib.

“KTMT ilə bağlı yekun qərar varmı?” sualına erməni nazir müavini belə cavab verib: “Bu gün o gün deyil, olmaz. Nə varsa, bu barədə artıq yüksək səviyyədə deyilib. Baş nazir bu barədə dəfələrlə danışıb, əlavə edəcək sözüm yoxdur”.

O, Rusiya ilə strateji tərəfdaşlığa dair sualı da cavabsız qoyub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan  


Bizi "telegram"da izləyin