Ermənistan KİV-i: IRI-nin yeni sorğusu Paşinyanı panikaya salıb

2026/04/1777011125.jpg
Oxunub: 350     12:11     24 Aprel 2026    
“Beynəlxalq Respublikaçılar İnstitutu parlament seçkiləri ərəfəsində başqa, daha kiçik miqyaslı sorğu keçirib və onu indiki hakimiyyətə təqdim edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “IRI-nin yeni sorğusu Paşinyanı panikaya salıb” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, IRI nümayəndələri bu günlərdə “Vətəndaş Müqaviləsi” partiyasının rəhbər heyəti ilə görüşlər keçirib, həmin sorğuların nəticələrini təqdim ediblər.

“Bu nəticələr isə indiki hakimiyyətin maraqlarına qətiyyən uyğun deyil. Paşinyan və komandasının son dövrlərdəki aqressiv davranışı da məhz Amerika təşkilatının keçirdiyi bu sorğularla izah olunur.

Buna görə, Paşinyan hələ də bütün digər qüvvələr arasında öndə olsa da, müxalif 3 böyük birliyin parlamentə keçməsi halında onun vəzifədən uzaqlaşdırılması sadəcə saatlar məsələsinə çevrilir. Amerika analitiklərinin və sorğu mərkəzinin mütəxəssislərinin qiymətləndirməsinə görə, Paşinyan hakimiyyəti ən azı müxalif qüvvələrdən birinin parlamentə girişini əngəlləmək üçün hər şeyi etməlidir”, - deyə məqalədə bildirilib.

Müəllif yazıb ki, Paşinyan konstitusion çoxluq əldə etmək istəklərini xalqa təqdim etməyə nə qədər çalışsa da, Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndələri “Vətəndaş Müqaviləsi” partiyasına belə inkişafın sadəcə mümkün olmadığını deyiblər.

“Həmin sorğulara görə, səslərin parçalanması ehtimalı da nəzərə alınıb. Buna əsasən, seçkilərdə iştirak 50 faizdən aşağı olarsa, 25-30 faiz səs parçalana bilər, daha yüksək iştirak halında isə indiki hakimiyyətin hakimiyyətdən uzaqlaşdırılması tamamilə realdır.

“Vətəndaş Müqaviləsi” partiyasındakı mənbəmiz bildirib ki, Paşinyan şəxsən Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndələrindən sorğunun nəticələrini dərc etməməyi xahiş edib ki, onsuz da ümidsizliyə düşmüş “Vətəndaş Müqaviləsi” üzvləri arasında panika yayılmasın”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin