“Hraparak”: Rusiya Erməniləri Birliyinin sədri mövzusu ətrafında yeni inkişaflar var

2026/04/1777011055.jpg
Oxunub: 265     12:51     24 Aprel 2026    
“Məlumatlarımıza görə, Rusiya hakimiyyəti Viktor Soğomonyanın Rusiya Erməniləri Birliyinin sədri olması mövzusunu bağlayıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, rəsmi izah belə olub ki, “siyasi baxışları olan şəxs həmin vəzifəni tuta bilməz”, növbəti sədr apolitik şəxs olmalıdır ki, bütün komandalar və qruplaşmalarla işləyə bilsin.

“Bizə çatan məlumatlara görə, bu məsələdə Rusiya yeparxiyasının rəhbəri arxiyepiskop Yezras fəallıq göstərir. Onun öz namizədi var və onu Ara Abrahamyanın kreslosuna oturtmaq istəyir. Aprelin 24-də arxiyepiskop Yezras “soyqırımı” (qondarma-red.) “qurbanlarının xatirəsi”nə həsr olunan böyük tədbir təşəbbüsü ilə çıxış edib. Məlumatlara görə, həmin gün öz namizədini təqdim etməlidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin