Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Hakop Badalyan “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, indi həmin dairələr “Tramp yolu”nun (Zəngəzur dəhlizi-red.) carçılarına çevriliblər.
“Faktiki olaraq, 10 noyabr sənədinin 9-cu bəndi halında rədd etdikləri eyni məzmunun carçılarına… Üstəlik, o zaman məzmun Ermənistan üçün daha sərfəli idi və bu, qətiyyən yalnız ona görə deyildi ki, o vaxt “Qarabağ” (ləğv edilmiş qondarma qurum-red.) var idi və yol məsələsi paralel olaraq Qarabağla əlaqələndirilirdi. Təkcə bu hal özü artıq böyük əhəmiyyət daşıyan fundamental məsələ idi, amma hətta birbaşa məzmun baxımından da 9-cu bənd özü “Tramp yolu”ndan daha sərfəli idi.
Çünki 9-cu bənd Ermənistan ərazisinin hər hansı hissəsinin idarəçiliyinin autsorsinqi haqqında deyildi, özü də xarici ölkənin 74 faizlik payı ilə deyil, sadəcə Ermənistan ərazisindən sərnişin daşımalarının və ya yük daşımalarının “nəzarətinin” Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti vasitəsilə həyata keçirilməsi haqqında idi. Bu, qətiyyən Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün ləğvi demək deyildi. Üstəlik, 9-cu bənddə “maneəsiz yol” verilməsindən danışılmırdı, “maneəsiz daşımalar”dan danışılırdı. Bunlar isə tamamilə fərqli şeylərdir, mahiyyətcə fərqli rejimlərdir”, - deyə Badalyan bildirib.
Badalyan qeyd edib ki, 9-cu bənddə bütün regional kommunikasiyaların açılması da aydın şəkildə qeyd olunurdu, bu isə “Tramp yolu” ilə bağlı razılaşmada yoxdur.
“Və budur, bu gün “Tramp yolu”na tərəfdar olan həmin insanlar 10 noyabr sənədinin 9-cu bəndinə qarşı təbliğat kampaniyası aparırdılar, onun pozulması faktiki olaraq Qarabağ məsələsində müharibədən sonrakı kövrək konstruksiyanın dağılmasına gətirib çıxardı”, - deyə o yazıb.
Alpər Mövludoğlu
Ordu.az