Türkiyə mənbəsi: Sərhəd-keçid məntəqəsində işlər başa çatmaq üzrədir

2023/02/dfgdf-1677171385.jpg
Oxunub: 295     11:15     24 Aprel 2026    
Türkiyənin “Kars Manşet” xəbər saytında “İğdırda “Alican” sərhəd-keçid məntəqəsi açılışa hazırlaşarkən, Qars gözləyir” başlıqlı material dərc olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Ermenihaber.am” nəşri məlumat yayıb.

Türkiyə mənbəsi yazır ki, “Alican” sərhəd-keçid məntəqəsinin yenidən açılması üzrə işlər sürətlə davam edir və başa çatmaq üzrədir. “Alican” sərhəd-keçid məntəqəsinin gömrük məntəqəsində, infrastrukturunda və xidməti binalarında işlər əsasən başa çatıb və məqsəd məntəqəni bu ayın sonunda istismara verməkdir.

Qeyd olunur ki, illərdir bağlı olan sərhəd-keçid məntəqəsinin yenidən açılması ilə regional ticarət və nəqliyyat şəbəkələrinin fəallaşacağı gözlənilir. Akyaka (Qars) bölgəsində yerləşən sərhəd-keçid məntəqəsi ilə bağlı isə hələlik hər hansı konkret inkişafın olmadığı bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin