Paşinyan vilayət rəislərinə ultimatum verib: “Ya çoxsaylı toplantılar təşkil edirsiniz, ya da vəzifənizlə vidalaşırsınız”

2026/04/1775731371.jpg
Oxunub: 459     09:09     24 Aprel 2026    
“Nikol Paşinyan Gümrüdəki fiaskonu heç cür aşa bilmir və “Vətəndaş Müqaviləsi” partiyasındakı mənbələrimizin bildirdiyinə görə, o, vilayət rəislərinə göstəriş verib ki, rəsmi seçkiqabağı təşviqat kampaniyası başlananda vilayət mərkəzlərində növbə ilə mitinqlərə hazırlıq görsünlər və Gümrüdə yaranmış biabırçı təəssüratı dağıtsınlar”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, uzun müddətdir Paşinyan sevdiyi formatı boykot edir və mitinqlərdə şəxsən iştirak etmir.

“Buna Üçmüədzin və Gümrüdə yerli özünüidarəetmə seçkiləri zamanı keçirilən toplantılar sübutdur. Deyilənə görə, o anlayıb ki, harada görünürsə, məğlubiyyət təmin olunur. Amma Gümrüdən sonra fikrini dəyişib və heç olmasa konsert formatında göstərmək qərarına gəlib ki, onun arxasınca nə qədər insan gedir.

Vilayət rəislərinə ultimatum verilib: ya çoxsaylı toplantılar təşkil edirsiniz, ya da vəzifənizlə vidalaşırsınız”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin