Paşinyan Türkiyə bayrağının yandırılmasını məsuliyyətsiz və yolverilməz davranış kimi qiymətləndirib

2026/04/1775731371.jpg
Oxunub: 677     22:57     23 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 23-də, qondarma “soyqırımı” ildönümü ərəfəsində İrəvanda Daşnaksütunun təşkil etdiyi məşəl yürüşünün iştirakçıları tərəfindən Türkiyə bayrağının yandırılmasını açıq şəkildə təxribatçı və gərginlik yaradan davranış hesab edir.

Ordu.az xəbər verir ki, bu barədə “Armenpress”in sualına cavab olaraq Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

Bağdasaryan “Baş nazir Paşinyan Daşnaksütunun təşkil etdiyi məşəl yürüşü zamanı iştirakçıların yenidən Türkiyə bayrağını yandırmasını necə qiymətləndirir?” sualına belə cavab verib:

“Baş nazir Paşinyan belə davranışı pisləyir və bunu məsuliyyətsiz, yolverilməz addım hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə də qonşu ölkənin bayrağının yandırılması dövlət rəhbəri tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, açıq şəkildə təxribatçı və gərginlik yaradan davranışdır”.

Bayrağın yandırılmasını Ermənistan parlamentinin sədri Alen Simonyan da tənqid edib: “24 aprel ərəfəsində hər hansı ölkənin, xüsusilə qonşu ölkənin bayrağını yandırmaq mənasız, biabırçı və qətiyyətlə pislənməli hərəkətdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Türkiyə  


Bizi "telegram"da izləyin