“Hörmüz boğazında mina yerləşdirən gəmiləri məhv etməyi ABŞ HDQ-yə əmr etmişəm” - Tramp

2026/04/1776779892.jpg
Oxunub: 713     17:02     23 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazında mina yerləşdirən bütün gəmiləri məhv etməyi ABŞ Hərbi Dəniz Qüvvələrinə əmr edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina yerləşdirən istənilən gəmiyə atəş açmağı və onu məhv etməyi əmr etmişəm, ölçüsündən asılı olmayaraq (onların 159 hərbi gəmisi artıq dənizin dibindədir).

Heç bir tərəddüd olmamalıdır. Bundan əlavə, mina təmizləyən gəmilərimiz hazırda boğazı təmizləyir. Bununla həmin işlərin davam etdirilməsini, lakin artıq üçqat sürətlə aparılmasını əmr edirəm”, - deyə Donald Tramp “Truth Social”da yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hörmüz  


Bizi "telegram"da izləyin