“DASAL Havacılık Teknolojileri”ndə yüksək səviyyəli təyinat olub

2026/04/1776950555.jpg
Oxunub: 393     17:21     23 Aprel 2026    
“Altınay Savunma Teknolojileri” şirkətinin törəmə müəssisəsi olan “DASAL Havacılık Teknolojileri”nin baş direktor vəzifəsinə Kutay Çağıl Büyüköztürk təyin edilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Şirkətdən verilən açıqlamaya görə, pilotsuz uçuş aparatı texnologiyalarında hazırladığı platformalarla təhlükəsizlik qüvvələrinin əməliyyat qabiliyyətinə töhfə verən “DASAL Havacılık Teknolojileri”də yüksək səviyyəli təyinat həyata keçirilib.

“Altınay Savunma Teknolojileri” tərkibində mühəndislik üzrə baş direktor müavini kimi kritik layihələrə rəhbərlik edən və 2020-2024-cü illərdə DASAL bünyəsində Pilotsuz Uçuş Aparatı Platformaları Mühəndislik Müdiri vəzifəsində çalışan Kutay Çağıl Büyüköztürk “DASAL Havacılık Teknolojileri”nin baş direktoru təyin olunub.

Açıqlamada fikirlərinə yer verilən “Altınay Savunma Teknolojileri”nin baş direktoru Burak Mercan bu təyinatın şirkətlərarası sinerjini fasiləsiz struktura çevirəcəyini bildirib. “Altınay Savunma Teknolojileri” olaraq, yüksək səviyyəli mühəndislik gücü ilə texnologiya istehsal edən qlobal brend olmaq vizyonumuz istiqamətində qəti addımlar atırıq”, - deyə o qeyd edib.

Mercan bildirib ki, DASAL-ın yaradıldığı gündən pilotsuz uçuş aparatı platformalarının hazırlanmasında əsas rollar oynayan Kutay Çağıl Büyüköztürk texniki zəkası və sektoral baxışı ilə qrupa böyük dəyər qazandırmış isimdir.

O əlavə edib: “Onun “DASAL Havacılık Teknolojileri” baş direktor vəzifəsini də təhvil alması ilə istehsal ekosistemimiz daha inteqrasiya olunmuş və nəticəyönümlü quruluşa çevriləcək. DASAL-ın innovativ platformalarının qlobal arenadakı bazar payını sürətlə artıracağıq”.

Kutay Çağıl Büyüköztürk isə mühəndislik infrastrukturunu inkişaf etdirməkdən qürur duyduğu “DASAL Havacılık Teknolojileri”də baş direktor vəzifəsini üzərinə götürməyin böyük şərəf olduğunu vurğulayaraq bildirib:

“Əsas diqqət nöqtəmiz sahədən gələn rəyləri ən sürətli şəkildə təhlil edərək kvalifikasiya proseslərini tam şəkildə başa çatdırmaq, yüksək yerlilik nisbətinə malik sistemlərimizi təhlükəsizlik qüvvələrimizin inventarına fasiləsiz şəkildə qazandırmaqdır. “Altınay Savunma”nın köklü mühəndislik gücünü DASAL-ın çevik istehsal qabiliyyəti ilə birləşdirərək platformalarımızın əməliyyat effektivliyini maksimum səviyyəyə çatdıracağıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DASAL   Türkiyə  


Bizi "telegram"da izləyin