“Ruhanilər vergi ödəməlidirlər” - Paşinyan

2026/04/1776942680.jpg
Oxunub: 360     15:04     23 Aprel 2026    
“Ruhanilər Ermənistan vətəndaşlarıdır və qanun çərçivəsində fəaliyyət göstərməlidirlər. Əgər bütün vətəndaşlar gəlir vergisi ödəməyə borcludurlarsa, ruhanilər də buna borcludurlar”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənsitanın Baş naziri Nikol Paşinyan jurnalistin sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Ermənistanda vergilər məsələsində tam şəffaflıq olmalıdır.

“Niyə ödəməməlidirlər? Biz deyirik ki, hazırıq və borcluyuq, səkkiz ildir də bu hazırlığımızı ifadə edirik ki, Erməni Apostol Kilsəsinin fəaliyyəti nəticəsində formalaşmış və yığılmış vergiləri tam həcmdə, o cümlədən maliyyə şəffaflığını təmin etmək baxımından geri qaytarmağa hazırıq. Məsələn, niyə kilsə üçün idxal olunan qəhvə, hansısa sırf dini ayin xarakteri daşımayan məhsul vergidən azad olmalıdır, amma başqa hallarda vergiyə cəlb edilməlidir? Bəs niyə biz, Erməni Apostol Kilsəsinin davamçıları bilməməliyik ki, məsələn, şam satışı nə qədər dövriyyə yaradır, sonra o pullar hara gedir?”, - deyə Paşinyan qeyd edib.

Paşinyanın sözlərinə görə, ruhanilərin hazırkı statusu onların həm maliyyə, həm də digər baxımlardan bir nəfərdən asılı vəziyyətdə qalması ilə bağlıdır. “Bəs niyə dini xidmətçinin etik davranış kodeksi olmamalıdır? Biz cəmiyyət olaraq suala cavab verməliyik: bizim üçün normal və qəbulolunandırmı ki, katolikos vəzifəsində olan şəxsin övladları olsun”, - deyə Ermənistan Baş naziri vurğulayıb.

O qeyd edib ki, bu suala Ermənistan vətəndaşları cavab verməlidirlər. “Ruhanilər kilsənin çox vacib hissəsidir, amma kilsə ilk növbədə xalqdır, inanclı davamçılardır. Və Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qaregin- red.) heç də kilsə deyil”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin