"Orta Dəhliz getdikcə daha böyük önəm qazanır" - Kuanış Keskinbayev

2026/04/2ds1f-1776935702.jpg
Oxunub: 313     12:52     23 Aprel 2026    
Orta Dəhliz hazırda getdikcə daha böyük önəm qazanır, çünki ciddi fasilələr olmadan fəaliyyət göstərən marşrutlardan biridir.

Ordu.az xəbər verir ki, bunu “KMQ Kaşaqan B.V.” MMC-nin kommersiya məsələləri üzrə baş direktor müavini Kuanış Keskinbayev bildirib.

“Qazaxıstan neftinin ixracı üçün bu dəhlizin ötürücülük qabiliyyəti 5 milyon tona qədərdir və həcmlərin artırılmasına ehtiyac yarandığı halda əlavə limanlara, tanker gəmilərinə və əlaqəli infrastrukturun inkişafına investisiya qoyulmalıdır”, — deyə o qeyd edib.

Onun sözlərinə görə, bu marşrut üzrə daşınma xərcləri adətən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi ilə müqayisədə daha yüksəkdir, lakin Azərbaycan neftinin daha yüksək qiyməti bu fərqi qismən kompensasiya edir.

“Xalis ixrac gəlirliliyi baxımından tariflərdə görünən fərq reallıqda daha kiçik ola bilər. Bununla belə, CPC tam əlçatan olduğu hallarda çox vaxt ən sərfəli marşrut olaraq qalır”, — deyə Keskinbayev əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orta-Dəhliz   Keskinbayev  


Bizi "telegram"da izləyin