Şahzadə Harri Kiyevə səfər edib

2026/04/1776934620.jpg
Oxunub: 278     12:46     23 Aprel 2026    
Şahzadə Harri Ukraynaya səfər edib.

Ordu.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, o, Kiyev Təhlükəsizlik Forumunda iştirak edəcək.

Qəzetin məlumatına əsasən, şahzadə Kiyevə qatarla çatıb və ölkəyə yenidən səfər etməsindən məmnun olduğunu bildirib. Gözlənilir ki, o, Ukraynaya beynəlxalq dəstəyin göstərilməsinin vacibliyindən danışacaq və davam edən münaqişənin diqqətdən kənarda qalmamasına çağırış edəcək.

Həmçinin bildirilir ki, şahzadə Halo Trust xeyriyyə təşkilatının nümayəndələrini ziyarət etməyi və veteranlara dəstək verən “Invictus Games Foundation” fondunun üzvləri ilə görüşməyi planlaşdırır.

“The Sun”un məlumatına görə, genişmiqyaslı müharibə başlayandan sonra şahzadə Harri bir neçə dəfə Kiyevə səfər edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahzadə-Harri   Kiyev  


Bizi "telegram"da izləyin