Ordu.az xəbər verir ki, sistem 2024-cü ilin sonunda imzalanmış təchizat müqaviləsi çərçivəsində ölkəyə gətirilib.
İlk batareya sahədədir, əməliyyat prosesi davam edir
Slovakiyanın müdafiə naziri Robert Kalinak aprelin 16-da verdiyi açıqlamada sistemin təxminən 10 gündür ölkədə olduğunu bildirib və batareyanın tam əməliyyat vəziyyətinə gəlməsinin bir neçə həftə çəkəcəyini deyib.
Kalinak yerləşdirilən sistemin strateji nöqtəyə qoyulduğunu vurğulayaraq bildirib: “İsrail istehsalı olan sistemin batareyası atom elektrik stansiyalarımızın kəsişmə nöqtəsində yerləşən müəyyən bölgədə yerləşdirilib”.
İnteqrasiya və təlim fəaliyyəti davam edir
Sistemin istifadəyə verilməsi üçün texniki və əməliyyat proseslərinin davam etdiyi bildirilib. Bu çərçivədə silah sistemləri üzrə mütəxəssislərin Slovakiyaya gəlməsinin planlaşdırıldığı, Slovak hərbçilərinin isə təlim proseslərinin bir hissəsini başa vurduğu qeyd edilib.
Ümumilikdə 6 batareya təhvil veriləcək
Müqavilə çərçivəsində Slovakiyaya ümumilikdə 6 ədəd “Barak” MX batareyasının təhvil verilməsi planlaşdırılır. Təhvilin mərhələli şəkildə həyata keçiriləcəyi və bütün sistemlərin 2030-cu ilədək inventara daxil ediləcəyi bildirilib.
Kalinak istehsal prosesində yaşanan gecikmələrə də toxunaraq deyib ki, “bu sistemi ətraflı izah etmək çətindir, çünki istehsal prosesində ciddi gecikmələr yaşanıb”.
Sevinc Əliyeva
Ordu.az