Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.
Kadrlarda İslam İnqilabı Keşikçiləri Korpusunun silahlı və maskalı döyüşçülərinin yük gəmisinin göyərtəsinə qalxdığı görünür.
İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına görə, çərşənbə günü boğazda iki gəmi saxlanılıb, daha sonra isə onlar İran sahillərinə istiqamətləndirilib.
Hörmüz boğazı qlobal neft ticarətinin əsas marşrutlarından biri olaraq qalır və mütəmadi olaraq regional gərginlik ocağına çevrilir.
Sevinc Əliyeva
Ordu.az