Aprelin 22-də Ermənistanın Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Suren Bağdasaryan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Mərkəzi Hərbi Komissiya katibinin müavini, Vyetnamın baş nazir müavini və milli müdafiə naziri general Fan Van Zyanq ilə görüş keçirib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan səfirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər Ermənistan-Vyetnam ikitərəfli münasibətlərinin gündəliyinə aid bir sıra məsələləri müzakirə edib, siyasi dialoq, idarələrarası əlaqələrin fəallaşdırılması və qarşılıqlı faydalı əməkdaşlıq proqramlarına toxunublar.
Həmsöhbətlər yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də müvafiq qurumlar arasında praktiki əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Vyetnam