Ordu.az xəbər verir ki, bu barədə “Reuters” gəmiçilik və təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Saxlanılan gəmilər arasında neftlə qismən yüklənmiş “Deep Sea” supertankeri var. Həmin gəmi sonuncu dəfə bir həftə əvvəl Malayziya sahilləri yaxınlığında müşahidə olunub. Digər gəmi 1 milyon barrelədək tutuma malik, 65 faiz dolu olan “Sevin” tankeridir, o da təxminən bir ay əvvəl Malayziya sahilləri yaxınlığında görülüb. Həmçinin 2 milyon barrel neft daşıyan “Dorena” supertankeri də saxlanılıb, bu gəmi sonuncu dəfə üç gün əvvəl Hindistanın cənub sahilləri yaxınlığında müşahidə olunub. ABŞ Mərkəzi Komandanlığı təsdiqləyib ki, “Dorena” Hind okeanında ABŞ mina əleyhinə gəmisinin müşayiəti altındadır.
CENTCOM bildirib ki, blokada tətbiq olunandan etibarən ABŞ qüvvələri ümumilikdə 29 gəmini istiqamətini dəyişməyə məcbur edib. Pentaqon digər saxlanılmış gəmilərlə bağlı şərh sorğularına cavab verməyib.
Sevinc Əliyeva
Ordu.az