Ərdoğan Almaniyanı İranla müharibənin Avropa üçün nəticələri barədə xəbərdar edib

2026/04/1776922210.jpg
Oxunub: 415     09:32     23 Aprel 2026    
Rəcəb Tayyib Ərdoğan Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə söhbətində bildirib ki, İranla müharibənin nəticələri artıq Avropaya yayılır və daha da ağırlaşa bilər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin liderlərin danışığından sonra yaydığı bəyanatda bildirilib.

Ərdoğan qeyd edib ki, regiondakı münaqişə Avropanı zəiflətməyə başlayıb və sülh yolu ilə nizamlanma olmadan nəticələr xeyli daha ağır olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Ştaynmayer  


Bizi "telegram"da izləyin