“Anduril”, “Palantir” və “SpaceX” ABŞ-nin müdafiə siyasətində oyunun qaydalarını dəyişir

2026/04/1776922166.jpg
Oxunub: 406     09:29     23 Aprel 2026    
Donald Tramp administrasiyası Pentaqonun podratçılarla əməkdaşlığını yenidən nəzərdən keçirir və sifarişləri sürətli, əlçatan qiymətlə yerinə yetirə bilən şirkətlərə üstünlük verir.

Ordu.az xəbər verir ki, bu barədə “The Economist” nəşri əlumat yayıb.

Nəşrin bildirdiyinə görə, İranla müharibə təcrübəsi ucuz pilotsuz uçuş aparatlarına qarşı bahalı silahlardan istifadənin səmərəsizliyini göstərib. Pentaqon qeyd edir ki, ucuz pilotsuz uçuş aparatlarını məhv etmək üçün milyonlarla dollar dəyərində raketlərdən istifadə iqtisadi baxımdan səmərəsizdir.

Bu fonda hökumət “Palantir Technologies”, “SpaceX” və “Anduril Industries” kimi texnologiya şirkətləri ilə əməkdaşlığını gücləndirir. Həmin şirkətlər daha çevik və müasir həllər təklif edir.

“The Economist” qeyd edir ki, bu vəziyyət ənənəvi müdafiə podratçıları arasında narahatlıq yaradır, çünki onlar bazar payını itirməyə başlaya bilərlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anduril   Palantir   SpaceX  


Bizi "telegram"da izləyin