Ordu.az xəbər verir ki, bu barədə “Reuters” şirkətin sənədinə istinadən məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, bu təşəbbüslər ilkin mərhələdədir və sınaqdan keçməmiş texnologiyaları əhatə edir. “SpaceX” hesab edir ki, orbital məlumat mərkəzləri çətin kosmik şəraitdə fəaliyyət göstərəcək və uğursuzluqlara səbəb ola biləcək unikal risklərlə üzləşə bilər.
Şirkət vurğulayıb ki, bu cür risk amilləri investorların məlumatlandırılması və mümkün iddialardan qorunmaq məqsədilə açıqlanır.
“Reuters”in məlumatına görə, bu qiymətləndirmələr İlon Maskın əvvəlki ictimai bəyanatlarından daha ehtiyatlıdır. Mask daha əvvəl kosmik məlumat mərkəzlərini “aydın həll yolu” adlandırmışdı. “SpaceX” həmçinin “Starship” raketindən asılılığını qeyd edib və onun hazırlanmasında gecikmələrin şirkətin planlarına təsir göstərə biləcəyini bildirib.
Sevinc Əliyeva
Ordu.az