Ağ Ev: Tramp hesab edir ki, Avropa “NATO imtahanından kəsilib”

2026/04/1775635775.jpg
Oxunub: 350     09:23     23 Aprel 2026    
ABŞ prezidenti Donald Trump hesab edir ki, Avropalı müttəfiqlər İran əleyhinə əməliyyat məsələsində ABŞ-ni dəstəkləməyiblər və bununla da “NATO imtahanından kəsiliblər”.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” kanalına müsahibəsində Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.

Onun sözlərinə görə, Avropadan çoxsaylı bəyanatlar səslənsə də, Vaşinqton praktiki olaraq kifayət qədər addım görməyib.

Levitt qeyd edib ki, Trampın baxışına görə, NATO üzrə müttəfiqlər köməyə gəlməyib və əməliyyat zamanı ABŞ ilə səylərini birləşdirməyiblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO  


Bizi "telegram"da izləyin