“Reuters”: Jurnalist Amal Xəlilin cəsədi dağıntılar altından tapılıb

2026/04/1776921704.jpg
Oxunub: 371     09:17     23 Aprel 2026    
Livanlı jurnalist Amal Xəlilin cəsədi İsrailin hava zərbəsi nəticəsində dağıdılmış evin dağıntıları altından tapılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” livanlı yüksəkvəzifəli hərbçiyə istinadən məlumat yayıb.

Xəlilin ölümünü Livanın Milli Xəbər Agentliyi də təsdiqləyib.

Livan Səhiyyə Nazirliyi bəyan edib ki, İsrail jurnalistlər Amal Xəlili və Zeynəb Fərəci “təqib edib”, ilk hücumdan sonra onların sığındığı binaya zərbə endirib. İsrail ordusu jurnalistlərin qəsdən hədəfə alınması ittihamlarını rədd edib.

Livan Mətbuat Klubu başsağlığı verərək bildirib ki, Xəlil inandığı iş uğrunda həyatını itirib və bu zərbəni “jurnalistlərə və media nümayəndələrinə qarşı İsrailin əvvəlcədən planlaşdırılmış kampaniyasının” bir hissəsi adlandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Jurnalist  


Bizi "telegram"da izləyin