Jurnalist Amal Xəlil İsrailin zərbəsi nəticəsində həlak olub

2026/04/photo-1776921307.jpg
Oxunub: 488     09:16     23 Aprel 2026    
Livandakı “Al-Akhbar” qəzeti müxbiri Amal Xəlilin İsrailin hava zərbəsi nəticəsində öldüyünü təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bundan əvvəl bildirilmişdi ki, İsrail aviasiyası Livanın cənubundakı Əl-Tiri şəhərinə iki dəfə zərbə endirib. Əvvəlcə Xəlilin avtomobilinin qarşısında hərəkət edən avtomobil hədəfə alınıb, bundan sonra jurnalist yaxınlıqdakı binaya sığınıb. Saat 16:27-də aviasiya məhz həmin binaya zərbə endirib və bundan sonra onunla əlaqə kəsilib. Hadisə yerinə gələn təcili yardım maşını israilli hərbçilər tərəfindən atəşə tutulub və bununla da xilasedicilərin jurnalistə çatmasına imkan verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Jurnalist   Livan  


Bizi "telegram"da izləyin