Perunun xarici işlər naziri və müdafiə naziri F-16 müqaviləsinə görə istefa veriblər

2026/02/1770364704.jpg
Oxunub: 371     09:14     23 Aprel 2026    
Perunun xarici işlər naziri Huqo de Sela və müdafiə naziri Karlos Alberto Dias Danyino müvəqqəti prezident Xose Balkasarın F-16 qırıcılarının alınmasını təxirə salmaq qərarı verməsindən sonra istefa veriblər.

Ordu.az xəbər verir ki, bu barədə RPP radiosu məlumat yayıb.

De Sela prezidenti artıq imzalanmış müqavilə ilə bağlı “ölkəni çaşdırmaqda” ittiham edərək bildirib ki, belə qərar beynəlxalq aləmdə Peruya olan etimadı sarsıdır.

Müdafiə naziri isə öz növbəsində istefasını müqavilənin təxirə salınması ətrafında yaranmış “ciddi fikir ayrılıqları” ilə izah edib. Balkasar daha əvvəl bəyan etmişdi ki, satınalma məsələsi iyunda keçiriləcək seçkilərdən sonra yeni prezidentə ötürüləcək.

Qırıcıların təchizatı üzrə müqavilə 3 milyard dollardan çox qiymətləndirilir. Bundan əvvəl ABŞ Peruya 12 ədəd F-16 təyyarəsinin və əlaqəli avadanlığın satışını təsdiqləmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peru   İstefa  


Bizi "telegram"da izləyin