Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Livandakı “Al-Akhbar” nəşri bildirib ki, onun müxbiri Amal Xəlil və fotoqraf Zeynəb Fərəc Livanın cənubundakı Əl-Tiri şəhərinə endirilən zərbə nəticəsində zərər görüblər. Livan Səhiyyə Nazirliyi isə Əl-Tiri istiqamətinə endirilən zərbələr nəticəsində iki mülki şəxsin də həlak olduğunu açıqlayıb. Fərəc xəstəxanaya çatdırılıb, Xəlil isə dağıntılar altında qalıb. Xəbərdə bildirilir ki, xəbərdarlıq zərbələri səbəbindən xilasedicilər uzun müddət ona çata bilməyiblər. Bir neçə saatdan sonra isə xilasedici dəstələr Livan ordusunun və buldozerin müşayiəti ilə hər halda şəhərə daxil ola biliblər.
Livan prezidenti Cozef Aun peşə vəzifəsini yerinə yetirən jurnalistlərə zərbələr endirilməməsinə çağırış edib.
İsrail ordusu bəyan edib ki, “Hizbullah”ın hərbi obyektindən çıxan iki avtomobili müəyyən edib və hərəkəti atəşkəs razılaşmalarının pozulması kimi qiymətləndirərək zərbə endirib. SAXAL əlavə edib ki, xilasedicilərin işinə mane olmayıb.
Sevinc Əliyeva
Ordu.az