CENTCOM: ABŞ İranın blokadası çərçivəsində 29 gəmini istiqamətini dəyişməyə məcbur edib

2026/04/1776365332.jpg
Oxunub: 539     03:10     23 Aprel 2026    
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, İranın hərbi dəniz blokadası başlanandan etibarən ABŞ silahlı qüvvələri İran limanlarına gedən və ya ölkəni tərk etməyə çalışan 29 gəminin istiqamətini dəyişib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Komandanlığın “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub ki, İran əleyhinə əməliyyat çərçivəsində ABŞ qüvvələri həmin gəmilərə geri dönmək və ya limana qayıtmaq əmri verib.

CENTCOM həmçinin bəzi ticarət gəmilərinin blokadanı yarıb keçə bildiyi barədə məlumatları təkzib edib və belə informasiyanı qeyri-dəqiq adlandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin