Pakistan hələ də ABŞ ilə danışıqlarda iştirak məsələsi üzrə İranın rəsmi cavabını gözləyir

2026/04/1775898592.jpg
Oxunub: 392     20:27     21 Aprel 2026    
Vasitəçi rolunu üzərinə götürən Pakistan hələ də İrandan ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etmək üçün nümayəndə heyəti göndərib-göndərməyəcəyi barədə rəsmi cavab almayıb.

Ordu.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Pakistanın informasiya naziri Ataullah Tarar bildirib.

“İslamabadda keçiriləcək sülh danışıqlarında nümayəndə heyətinin iştirakını təsdiqləməklə bağlı İran tərəfinin rəsmi cavabı hələ də gözlənilir”, - deyə Tarar “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, qərar “kritik” əhəmiyyət daşıyır, çünki münaqişə tərəfləri arasında bağlanmış iki həftəlik atəşkəsin başa çatmasına sayılı saatlar qalıb. Prezident Donald Tramp çərşənbə axşamı bildirib ki, İran əleyhinə ABŞ-İsrail müharibəsində atəşkəs rejimini uzatmaq istəmir və danışıqlar uğurla nəticələnməsə, ABŞ silahlı qüvvələri “fəaliyyət göstərməyə hazırdır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ   İran  


Bizi "telegram"da izləyin