“Rusiya artıq Xüsusi Hərbi Əməliyyatın necə başa çatacağını bilir” - Putin

2026/04/Ekran-7104303824.jpg
Oxunub: 438     19:27     21 Aprel 2026    
“Rusiya tərəfi artıq Ukraynada həyata keçirilən xüsusi əməliyyatın necə başa çatacağını bilir, lakin açıq bəyanatlar vermək əvəzinə münaqişənin məqsədlərinin həyata keçirilməsi ilə kifayətlənəcək”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə görüş zamanı bildirib

“Biz bilirik ki, hər şey necə başa çatacaq, lakin bununla bağlı heç bir açıq bəyanat verməyəcəyik. Sadəcə həyata keçirəcəyik, qarşımıza qoyduğumuz məqsədlərə can atacağıq və qarşımızda duran vəzifələri yerinə yetirəcəyik”, - deyə Putin bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin