“ABŞ Silahlı Qüvvələri Çindən İrana “hədiyyə” aparan gəmini müsadirə edib” - Tramp

2026/04/1776439807.jpg
Oxunub: 520     17:51     21 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp CNBC-yə verdiyi müsahibədə bildirib ki, ölkəsinin silahlı qüvvələri Çindən İrana “hədiyyə” aparan gəmini müsadirə edib .

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Gəmidə Çin tərəfindən göndərilmiş bir hədiyyə var idi və bu, elə də xoş bir şey deyildi. Mən bir qədər təəccübləndim”, - deyə ABŞ prezidenti bildirib.

Trampın sözlərinə görə, o, Çin prezidenti Si Cinpin ilə “qarşılıqlı anlaşma” əldə etdiyinə əmin idi.

Cəmi bir həftə əvvəl Tramp bildirmişdi ki, Pekin ona Çinin İrana silah verməyəcəyinə dair təminat verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin