Erməni ekspert: “Ermənistan AES-in modernləşdirilməsi 2031-ci ildən sonra dayandırıla bilər”

2026/04/1776752085.jpg
Oxunub: 415     12:16     22 Aprel 2026    
“Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, ölkənin enerji balansı üç komponent üzərində qurulacaq: karbohidrogenlər, bərpa olunan energetika, sülh atomu”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor, energetika məsələləri üzrə ekspert Vahe Davtyan yazıb.

Onun sözlərinə görə, bununla paralel olaraq hələ də regionda “sülh atomu”na sahib yeganə ölkə olan Ermənistanda faktiki olaraq strateji və ekzistensial əhəmiyyət daşıyan bu sahənin gələcəyi sual altına düşüb.

“Moskva açıq şəkildə bildirir ki, İrəvanın hazırkı xarici siyasi kursu davam edəcəyi təqdirdə, Ermənistan AES-in modernləşdirilməsi 2031-ci ildən sonra dayandırıla bilər. Yəni hətta 2036-cı ilin o qədər dəqiq görünən perspektivi artıq sual altındadır.

Faktiki olaraq çox təbliğ olunan modul reaktor layihəsi də sual altına düşür. Onun həyata keçirilməsinin bütün dövrü azı 7-8 il tələb edəcək. Hər halda, proseslər kifayət qədər məntiqli və bir-birini tamamlayandır.

Elektrik enerjisi bazarının liberallaşdırılması, Azərbaycan ilə enerji sistemlərinin birləşdirilməsi,

milli atom energetikasının iflic edilməsi, Azərbaycandan idxal.

Azərbaycan-Pakistan strateji əlaqələrini və onlardan irəli gələn hərbi nüvə energetikası sahəsində mümkün əməkdaşlığı da unutmuruq”. - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davtyan   Ermənistan  


Bizi "telegram"da izləyin