“Rusiya ümumi səfərbərlik elan edə bilər” - Zelenski

2026/03/1774957324.jpg
Oxunub: 434     09:13     21 Aprel 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski istisna etməyib ki, Rusiya Ukraynaya qarşı ikinci böyük hücum və ya Baltik ölkələrindən birinə hücum üçün ümumi səfərbərlik elan ediləcəyi halda baş verə biləcək iğtişaşların qarşısını almaq məqsədilə sosial şəbəkələrə çıxışı məhdudlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” məlumat yayıb.

“Rusiya Federasiyasında sosial şəbəkələrə çıxışın məhdudlaşdırılması dövlət başçısının tənqidini məhdudlaşdırmaqla bağlı deyil, mənim fikrimcə, daha dərin məqsəd daşıyır: iğtişaşların qarşısını almaq. Şimal qonşumuzda qarışıqlığa nə səbəb ola bilər? Bir neçə variant var.

Birincisi, ümumi səfərbərlik, Rusiyada iri səfərbərlik. İnsanların səfərbərliyi mərkəzi şəhərlərdə, o cümlədən Moskva və əlbəttə Sankt-Peterburqda aparılacaq.

Niyə bu qədər böyük səfərbərlik lazımdır? Ukraynaya qarşı iri hücumu təkrar etmək üçün. İkinci variant isə daha az xərclə və daha az səylə, daha az sayda döyüş qüvvəsi ilə kifayətlənməyin mümkün olduğu yerdə hücum keçirməkdir. Niyə? Çünki bu və ya digər dövlət, məsələn Baltik ölkələri, güclü toqquşmaya hazır deyil”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin