“KTMT yeni təhlükəsizlik arxitekturasının dayaqlarından birinə çevrilə bilər” - Lavrov

2026/02/1770058049.jpg
Oxunub: 470     23:56     20 Aprel 2026    
“Rusiyanın mənəvi liderliyi mövcud böhran başa çatdıqdan sonra beynəlxalq arenada hər zamankından daha çox tələb olunacaq”.

Ordu.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının parlament assambleyası şurasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Mən əminəm ki, biz beynəlxalq arenada həmişə tələb olunan mənəvi liderliyi qoruyuruq. Mövcud böhran başa çatdıqdan sonra, ümid edirəm ki, nisbətən tezliklə, mənəvi liderlik hər zamankından daha çox tələb olunacaq. Bu əsasda biz birlikdə və fəal şəkildə Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin gələcək arxitekturasının konturlarının hazırlanması prosesində iştirak edəcəyik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını belə təhlükəsizlik arxitekturasının dayaqlarından birinə çevrilə biləcək qurum kimi qiymətləndiririk”, - deyə o qeyd edib.

Lavrovun sözlərinə görə, “Qərb getdikcə daha çox qanunsuz güc tətbiqinə, diktənin neokolonial üsullarına və açıq talana əl atdığı” bir vaxtda KTMT ölkələri beynəlxalq hüquqdan yayınmayacaq.

Lavrov əmin edib ki, KTMT-də “NATO-da gördüyümüz kimi dəyənək intizamı” yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   KTMT  


Bizi "telegram"da izləyin