Malayziyaya KARAOK təhvili həyata keçirilib

2026/04/Ekran-1776702716.jpg
Oxunub: 718     20:23     20 Aprel 2026    
Malayziyanın 18 ədəd KARAOK tank əleyhinə sistem təhvil aldığı bildirilib.

Ordu.az xəbər verir ki, Malayziya mənbələri ROKETSAN tərəfindən hazırlanmış KARAOK tank əleyhinə sistemlərindən 18 ədəd təhvil alındığını bildirib.

Bu kontekstdə KARAOK raketi və buraxılış qurğusunun Malayziyada davam edən DSA 2026 sərgisində nümayiş etdirildiyi də qeyd olunur.

2023-cü il may ayında ROKETSAN-ın Malayziyanın tank əleyhinə tenderini qazandığı bildirilmişdi. “Defense News” tərəfindən yayımlanan xəbərdə sözügedən razılaşmanın 108 ədəd KARAOK raketini əhatə etdiyi çatdırılmış və ROKETSAN-ın Malayziya tenderini qazanmaq üçün aralarında Cənubi Koreya və Çinin də olduğu üç rəqibini geridə qoyduğu qeyd edilmişdi. “Defense News”un xəbərində müqavilənin dəyəri təxminən 20 milyon dollar kimi açıqlanmışdı.

KARAOK tank əleyhinə raketi

Tək əsgər tərəfindən istifadə olunan qısa mənzilli “atdım-unutdum” tipli tank əleyhinə silah KARAOK üzərində yer alan infraqırmızı görüntüləyici başlıq sayəsində gecə-gündüz tapşırıq yerinə yetirə bilən portativ raket sistemidir. ROKETSAN tərəfindən hazırlanmış KARAOK hava hücumu, havadan endirmə və amfibiya əməliyyatlarında təhdidləri qısa mənzildə dayandırmaq, gecikdirmək, kanala yönəltmək və məhv etmək tapşırıqlarını yerinə yetirmək məqsədilə istifadə olunur.

Ağırlığı 16 kiloqramdan az olan KARAOK 110 sm uzunluğunda və düzülmüş, üstəgəl formasında qatlanan qanad və arxa qanadcıq quruluşuna malikdir. Raket tandem döyüş başlığı və qapalı məkandan atışı təmin etmək üçün hazırlanmış yeni və yerli istehsal hibrid iki mərhələli (buraxılış, uçuş) raket mühərriki ilə təchiz edilib. Atış rejimlərinə atışdan əvvəl kilidlənmə, atışdan sonra kilidlənmə, “atdım-unutdum”, yuxarıdan və ya birbaşa zərbə qabiliyyəti daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   KARAOK  


Bizi "telegram"da izləyin