Avropa İttifaqı Ukraynaya 90 milyard avro kredit ayrılmasının yekun prosedurunu işə salır

2025/10/1761647639.jpg
Oxunub: 418     19:30     20 Aprel 2026    
Kreditin ayrılması məsələsi Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri komitəsinin 22.04.2026-cı il tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasına sədrlik edən Kiprin nümayəndəsi bildirib.

“Söhbət Avropa İttifaqının çoxillik büdcəsinə dəyişikliklərin təsdiqindən gedir. Bu, Kiyevə kredit ayrılmasının başlanması üçün zəruri olan son texniki elementdir”, - deyə o qeyd edib.

Nümayəndə bildirib ki, bu məsələnin iclasın gündəliyinə müzakirəsiz daxil edilməsi adətən Avropa İttifaqına üzv dövlətlər arasında ilkin razılaşmanın əldə olunması deməkdir.

Təsdiqlənəcəyi halda sənəd yazılı prosedurla ratifikasiya ediləcək və bunun yekun qəbuluna yol açacaq.

Qeyd edək ki, Ukraynaya 90 milyard avro kredit uzun müddət Macarıstanın vəzifədən gedən hökuməti tərəfindən bloklanmışdı. Bu son hüquqi elementin təsdiqə təqdim edilməsi prosesdə ciddi irəliləyiş olduğunu göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin