“İsrail məni İrana qarşı müharibəyə başlamağa inandırmayıb, lakin oktyabrın 7-sinin nəticələri mənim köhnə inamımı gücləndirdi ki, İran HEÇ VAXT NÜVƏ SİLAHINA MALİK OLMAYACAQ”.
Ordu.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Mən saxta xəbərlərə, ekspert şərhlərinə və ictimai rəy sorğularına tam etimadsızlıqla baxır və oxuyuram. Onların dediklərinin doxsan faizi yalan və uydurma hekayələrdir, sorğular isə 2020-ci il prezident seçkiləri kimi saxtalaşdırılıb. Venesuelanın nəticələri kimi, media onların haqqında danışmağı sevmir, İranın nəticələri də heyrətamiz olacaq. Əgər İranın yeni rəhbərləri (rejim dəyişib) ağıllı olsalar, İran böyük və firavan gələcəyə sahib ola bilər”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Tramp
İsrail
ABŞ
İran