Tramp: “ABŞ nümayəndə heyəti İranla danışıqlara yola düşüb”

2026/04/1775969501.jpg
Oxunub: 575     18:46     20 Aprel 2026    
“ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İranla sülh danışıqlarına cəlb olunmuş ABŞ nümayəndə heyəti Pakistana yola düşür və bir neçə saat sonra eniş etməsi gözlənilir”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “The New York Post” nəşrinə bildirib.

O qeyd edib ki, irəliləyiş əldə olunarsa, İranın yüksək vəzifəli rəhbərləri ilə görüşməyə hazırdır.

“Biz danışıq aparmalıyıq. Heç kim oyun oynamır. Onlar bu gün axşam İslamabad vaxtı ilə orada olacaqlar”, - deyə Tramp bildirib.

Tramp diplomatik radikal addıma, imkan olarsa, İran rəhbərləri ilə birbaşa görüşə hazır olduğunu bəyan edib. “Bununla bağlı problemim yoxdur”, - deyə o bildirib.

Trampın sözlərinə görə, İran nüvə silahı yaratmaq üçün hər hansı cəhddən imtina etməlidir.

Lakin ABŞ prezidenti danışıqlar uğursuz olarsa, Tehran üçün hansı nəticələrin ola biləcəyini dəqiqləşdirməkdən imtina edib. “Mən bu barədə sizinlə danışmaq istəmirəm. Amma bu dəhşətli olardı”, - deyə o qeyd edib.

ABŞ-nin İranı kimin idarə etdiyi barədə məlumatlı olub-olmaması sualına Tramp belə cavab verib: “Düşünürük ki, doğru insanlarla işləyirik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Pakistan  


Bizi "telegram"da izləyin