Ordu.az xəbər verir ki, Lavrov bu bəyanatı təşkilatın Parlament Assambleyası Şurasının iclasında səsləndirib.
Lavrovun sözlərinə görə, qeyri-sabitlik eyni anda bir neçə istiqaməti əhatə edir. Qəzzada və İordan çayının qərb sahilində davam edən müharibə sürür, Livan və Suriyada həyata keçirilən hərbi əməliyyatlar genişlənir, Fələstin dövlətinin yaradılması perspektivləri isə getdikcə daha da qeyri-müəyyən olur. Bu isə belə bir dövlətin yaradılmasının yolverilməzliyi ilə bağlı İsrailin rəsmi bəyanatları ilə əlaqələndirilir. Rusiya XİN rəhbəri baş verənləri “ABŞ-nin və İsrailin İrana qarşı səbəbsiz təcavüzünün” nəticəsi adlandırıb.
Lavrov Antaliya beynəlxalq forumunda səsləndirilən narahatlıqlara da toxunub, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışına istinad edib. Onun sözlərinə görə, tədbir iştirakçıları böhranın nəticələrinin təkcə Ərəbistan yarımadası ölkələri üçün deyil, həm də Xəzər dənizi, Cənubi Qafqaz və Mərkəzi Asiyaya mümkün təsiri ilə bağlı ciddi narahatlıq ifadə ediblər.
“Bu region daim qarşılıqlı bağlıdır və qeyri-sabitlik bir hissədən digərinə keçir”, - deyə nazir vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az