Ukraynanın müdafiə nazirinin müşaviri PUA zərbəsi nəticəsində yaralanıb

2026/04/1776680366.jpg
Oxunub: 337     14:13     20 Aprel 2026    
Pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində Ukraynanın müdafiə nazirinin müşaviri Sergey Beskrestnov yaralanıb.

Ordu.az xəbər verir ki, Beskrestnov bu barədə sosial şəbəkələrdə məlumat verərək xəstəxanadan çəkilmiş fotosunu paylaşıb.

Onun sözlərinə görə, zərbə böyük ehtimalla məqsədli olub və onu məhv etmək məqsədi daşıyıb.

51 yaşlı Beskrestnov texniki bloger və hərbi radiotexnologiyalar sahəsi üzrə məsləhətçi kimi tanınır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA  


Bizi "telegram"da izləyin