Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” öz mənbələrinə istinadən məlumat yayıb.
Rəsmi təsdiqin olmamasına baxmayaraq, İslamabadda mümkün danışıqlara artıq hazırlıq gedir. Paytaxtda fövqəladə təhlükəsizlik tədbirləri görülüb, hərbçilər nəzarət-buraxılış məntəqələrinə nəzarət edir, əsas yollar bağlanıb, eləcə də bəzi dövlət obyektlərinə giriş məhdudlaşdırılıb.
Daha əvvəl tərəflərin artıq İslamabadda danışıqlar apardığı, lakin ciddi fikir ayrılıqları səbəbindən razılığa gələ bilmədiyi bildirilmişdi. Məsləhətləşmələrin yeni mərhələsinin mümkünlüyü hələ də qeyri-müəyyən olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az