Almaniyada yanacaq təchizatı problemlərinə görə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək

2026/04/1776671626.jpg
Oxunub: 329     11:47     20 Aprel 2026    
Almaniya kansleri Fridrix Merts yaxın vaxtlarda Milli Təhlükəsizlik Şurasını çağırmaq niyyətində olduğunu bəyan edib. İclas zamanı ölkənin yanacaq təminatı ilə bağlı vəziyyət müzakirə olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə o, “Hannover” sənaye sərgisinin açılışında bildirib.

Onun sözlərinə görə, kerosin təchizatı məsələsi hələ də gərgin olaraq qalır, lakin nəzarət altındadır. Merts vurğulayıb ki, dizel yanacağı, benzin və aviasiya yanacağının təchizatı sabit qalmalıdır.

İqtisadiyyat naziri Katerina Rayxe bildirib ki, Almaniyanın təxminən 1 milyon ton kerosin strateji ehtiyatı var və zərurət yaranarsa, bu ehtiyat təxminən beş ay kifayət edə bilər.

Yaranmış vəziyyətdə Beynəlxalq Enerji Agentliyi daha əvvəl Avropada aviasiya yanacağının mümkün çatışmazlığı və təchizatın pozulacağı təqdirdə reyslərin ləğv olunması riskləri barədə xəbərdarlıq etmişdi. Bildirilib ki, yanacağın bahalaşması səbəbindən bir sıra aviaşirkətlər artıq uçuşların sayını azaldır və təyyarə parkının istismarını optimallaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İclas  


Bizi "telegram"da izləyin