Ordu.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat verib.
Xarkov vilayətinin rəhbəri Oleq Sinequbovun məlumatına görə, Xarkov şəhəri və daha 20 yaşayış məntəqəsi atəşə tutulub. Doqquz nəfər xəsarət alıb.
Kiyev vilayətinin rəhbəri Nikolay Kalaşnik bildirib ki, bazar ertəsinə keçən gecə Rusiya dronları Brovar rayonuna hücum edib, nəticədə iki fərdi ev zədələnib, bir nəfər yaralanıb.
Xerson vilayətinin rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, zərbələr nəticəsində bir nəfər həlak olub, yeddi nəfər yaralanıb.
Zaporojye vilayətinin rəhbəri İvan Fyodorov isə sutka ərzində 39 yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində dörd nəfərin yaralandığını bildirib.
Ordu.az